Afətdən Mətanətin ünvanına: "Hər bir ailədə problem ola bilər" FOTO

Afətdən Mətanətin ünvanına: "Hər bir ailədə problem ola bilər"  FOTO

Əməkdar artist Mətanət İsgəndərli ilə müğənni Afət Fərmanqızı təsadüfən hava limanında qarşılaşıb. SİA-nın məlumatına görə, bu haqda Fərmanqızı xəbər verib. Belə ki, o, Əməkdar artistlə şəkil çəkdirərək sosial şəbəkədə yayımlayıb. O, paylaşımında İsgəndərlini müdafiə edib: "Ürəyi və özü gözəl olan Mətanət xanımla təsadüfən hava limanında qarşılaşdıq. Əziz dostlar, belə sənətkarlara dəyər verək. Eyni zamanda, söz- söhbətdən uzaq olaq. Beş günlük dünyadır. Hər bir ailədə problem ola bilər.

Mətanət xanımı tanıyan biri olaraq deyim biləsiniz ki, hər zaman kasıba əl tutan, haqlının yanında olan sevdiyimiz xanım sənətkarımızdır".

Qeyd edək ki, M.İsgəndərlinin gəlini və oğlu Kərim ayrılıb. Gəlin hazırda 3 uşaqla kirayədə yaşadığını, ona həyat yoldaşının dəstək olmadığını bildirib. Eyni zamanda, Mətanət İsgəndərlinin ünvanına xoşagəlməz sözlər yağdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə