Prodüser və aparıcı Tarix Əliyev (Tolik) uzun fasilədən sonra yenidən aparıcılıq edəcək. SİA-nın məlumatına görə, bu haqda Tolikin özü xəbər verib: “Əziz dostlar, tam 9 aydan sonra yenidən aparıcı kimi evlərinizin qonağı olacağam. Bu məsuliyyətli və çətin vəzifədir.
Bu gündən, yəni, 21.12.2020-ci il tarixindən həftə içi 5 gün saat 09:40-da “Günə bir şou” səhər proqramı ilə “Dalğa” telekanalının sizin qarşınızda olacağam.
Bu məsuliyyətli işi mənə etibar etdikləri üçün kanal rəhbərliyinə də təşəkkür edirəm.
Əminəm və ümidvaram ki, illərlə məni “Hər şey daxil” verilişində reytinqlərdə birinci edən tamaşaçı “Dalğa” TV-nin efirində də mənə bu sevinci yaşadacaq”.
Qeyd edək ki, verilişin anonsları həm “Dalğa”, həm də “Xəzər” telekanalında yayımlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB