Müğənni Roza Zərgərli verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı həmkarlarının virusa yoluxduqları halda efirlərə getdiyini söyləyib: "Kökəlmişəm, heç bir pəhriz də saxlamıram. Koronavirusdan qorunmaq üçün yeyin, için, sağlamlığınıza qulluq edin.
Röya düz yazmışdı, koronavirusa yoluxanda gizlətməyin. Mən də yoluxmuşam, keçdi getdi. Bu yaxınlarda bir sənət yoldaşımız efirə gəlib, xəstədir. Özü də bilir ki, koronovirusdur, demir. Deyirəm, koronavirusa yoluxmusan, boynuna almır. İnsanlar məsuliyyətli olmalıdır. Biz bir-birimizi qoruduğumuz kimi, ətrafımızdakıları da qorumalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB