Xəyalədən dünyasını dəyişmiş anasına: "Niyə belə tələsdin?" FOTO
Xəbər verdiyimiz kimi, aktrisa Xəyalə Quliyevaya ağır itki üz verib. SİA-nın məlumatına görə, onun anası dünyasını dəyişib.
Quliyeva sosial media hesabında anası ilə fotosunu yayımlayaraq kövrəldici sözlər yazıb: "Nur üzlüm, gözəl anam, niyə belə tələsdin? Məkanın cənnət olsun".
Xəyalənin bu paylaşımına adi insanlarla yanaşı məşhur simalar da şərh yazaraq valideyninə Allahdan rəhmət diləyiblər.
Qeyd edək ki, Xəyalə Quliyevanın anası şəkərli diabetdən və təzyiqdən əziyyət çəkirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB