"Yeni il gecəsi bayram etməyək, şam ağacı bəzəməyək"

"Yeni il gecəsi bayram etməyək, şam ağacı bəzəməyək"

Müğənni Xatirə İslam sosial şəbəkədə izləyicilərinə müraciət edib. SİA-nın məlumatına görə, ifaçı Yeni il gecəsi bayram etməyəcəyini bildirib: "Təklif edirəm ki, bu il şəhidlərimizin xatirəsinə Şam ağacı bəzəməyək. Həmin gecə evimizdə ziyafət, çal-çağır, atəşfəşanlıq olmasın. Həmin gün hamımız özümüzü şəhid anasının yerinə qoyaq. Öz oğlumuz şəhid olsa evimizdə Şam ağacı bəzəyərdik? Hamımız şəhid anası, bacısıyıq. Ora xərclədiyimiz pulu hərəmiz bir şəhid ailəsinə kömək edək. Dostlarımdan kimsə bu savab əmələ qoşulmaq istəsə, mənə zəng etsin, düzgün istiqamət verəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə