Əməkdar artist: "Bankların faizi dayanmalı və 190 manatlıq yardımın məbləği artırılmalıdır"

Əməkdar artist: "Bankların faizi dayanmalı və 190 manatlıq yardımın məbləği artırılmalıdır"

Əməkdar artist Mehriban Xanlarova gileylənib. SİA-nın məlumatına görə, aktrisa bu sözləri əlavə edib: "Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq 190 manat dəyərində yardım yenidən veriləcək. Amma bu 190 manat insanların ehtiyacını ödəməsi üçün onları qane edirmi? İlk öncə bunu araşdırmaq lazımdır. Covid-19 testinin qiyməti 80-90 manat arasıdır. Niyə insanlar bu testdən keçmək üçün pul ödəməlidirlər? Elə insanlar var ki, imkansızlıqdan bu testdən keçə bilmir. İnsanlar aldıqları 190 manatlıq yardımın 90 manatını Covid-19 testinə və od qiymətinə olan dərmanlara verirlər. Bəs bu kasıb insanlar nə yeyib, nə içsin? Yardıma ehtiyacı olanların bəzilərinə absurd bəhanələr gətirirlər və düzgün araşdırılmır. Kirayədə qalan, evində xəstəsi olan, işləri dayanan və banklara borcu olan insanlar var. Heç olmasa karantin dönəmində insanların maddi durumunu nəzərə alaraq, bankların faizi dayanmalı və 190 manatlıq yardımın məbləği artırılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə