Samir Cavadzadə Azərbaycanın “Eurovision”-da qalib gələcəyini bilirdi

Samir Cavadzadə Azərbaycanın “Eurovision”-da qalib gələcəyini bilirdi

Azərbaycanı "Eurovision-2008"də təmsil edən müğənni Samir Сavadzadə Azərbaycanın qalib gələcəyini əvvəldən bilirmiş. SİA-ya açıqlama verən müğənnin sözlərinə görə, Türkiyə ilə ermənilər finala keçməyən zaman o, Eldarla Nigarın qalib gələcəyini anlayıb: "Səsvermənin nəticələrini biləndə elə qışqırdım ki. Biz səhərə kimi dostlarla gəzmişik. Əlimizdə bayraq çıxmışdıq çölə. Sevinirəm ki, indi hər kəs rahatdır. Mənə xaricdən dostlar zəng etdib qələbə münasibəti ilə təbrik etdilər. Bəli, bu bizim qələbəmizdir".

Müğənni hələ də sevincinin həddi-hüdudu olmadığını bildirib: "Neçə gündür qalib qəlmişik. Amma hələ də sevincdən ürəyim az qala dayansın. Biz bu qələbəyə çoxdan layiq idik. Ümid edirəm ki, ölkəmizdə keçiriləcək bu nəhəng müsabiqə möhtəşəm olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə