Araş və Monnika Belluççi- “Kərkədanlar mövsümü”-FOTO

Araş və Monnika Belluççi- “Kərkədanlar mövsümü”-FOTO

Azərbaycanı "Eurovision-2009" mahnı müsabiqəsində təmsil edən müğənni Araş tanınmış aktrisa Monika Belluçi ilə filmə çəkilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Araş "Kərkədan mövsümü" ("Rhino Season") adlı filmdə Monika ilə baş rolun ifaçısı olub.

Filmin rejissoru iranlı Bahman Gobadir. Filmdə Monika yaşlı qadın, Araş isə onun oğlu rolunda çıxış edir.

Monika Belluççi hər zaman cazibədar xanım obrazında iştirak edirdi. Lakin bu dəfə aktira ahıl yaşlı xanımı canlandırır. Filmin qrim ustası Monikanın üzündə qırışlar yaratmağına baxmayaraq, o yenə də gözəl görünür.

Filmin çəkilişləri Almaniya və Türkiyədə keçirilir. İran xalqının güzəranından xəbər verən film 70-ci illəri xatırladır. "Kərkədanlar mövsümü" də siyasət və sevgi məsələləri də əsas faktor olaraq nümayiş etdirilir.

"Məni filmə dəvət edəndə, çox sevindim və düşünmədən razılıq verdim. Axı mən İran xalqının üzvüyəm. Bu əsər drammatik janırda çəkilib. Monika Belluççi ilə çəkiləcəyimi sonradan bildim və bu məni ikiqat sevindirib. Düzünü desəm, bu, mənim üçün böyük şərəfdir. Monika fantastik aktrisadır"-deyə Araş bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə