Kannda baş verən unudulmaz gecə

Super model Naomi Kemplin ötən gecə Kannda xeyriyyə məqsədi ilə verdiyi moda nümayişində podyuma çıxan mankenlərdən biri düz üç dəfə yıxılaraq gecəyə unudulmaz anlar qatıb. 17 yaşlı model Lindsey Vikson sarı ipəkdən hazırlanan qızılı gecə paltarında podyuma çıxarkən tarazlığını itirib. Dikdaban ayaqqabılarının və uzun paltarın qurbanı olan gənc model podyuma çıxdıqdan sonra iki dəfə yenidən yıxılıb. Sonda qələbə qazanmış kimi əllərini havaya qaldıraraq kefini pozmayan və gülümsəyən gənc model bu hərəkəti ilə müsbət ab hava yaradıb

Bütün xəbərlər Facebook səhifəmizdə