Xatirə də Mətanət İsgəndərlinin müdafiəsinə qalxdı: "Gəlininə hər cür şərait yaradıb"

Xatirə də Mətanət İsgəndərlinin müdafiəsinə qalxdı: "Gəlininə hər cür şərait yaradıb"

Əməkdar artist Mətanət İsgəndərlini müğənni Xatirə İslam da müdafiə edib. SİA-nın məlumatına görə, ifaçı İsgəndərlinin gəlininə məsləhət verməyi də unutmayıb: "Mətanət xanımı illərdir tanıyıram. O, öz ayaqları üstə dayanan zəhmətkeş qadın, balalarını tək böyüdən anadır. Mətanət xanım gəlinini sevən və ona ən gözəl hədiyyələr alıb çoxlarının arzusunda olduğu, lakin edə bilmədiyi ulduzlarla dolu toy edən qaynanadır.

Mətanət xanım gəlininə hər cür şərait yaradıb. Ona gözəllik salonu da açıb. Biz sənət adamlarını da dəvət etmişdi. Bir qaynana daha nə etməlidir? İnanıram ki, o gəlinimizdə öz səhvini başa düşüb, Mətanət xanımdan üzr istəyəcək. Hər evdə söz-söhbət ola bilər. Bunu ictimailləşdirmək olmaz. Dəyərli sənətkar, hər zaman yanınızdayıq.

Bu gündən etibarən sənətdə olan hər kəsdən xahiş edirəm ki, aramızda mübahisə olsa, danışıb həll edək. Özümüzü gözdən salmayaq. Bu, bizim sənətə yalnız başaşağlığı gətirir. Həddən artıq səmimilik də insanı gülünc və ucuz göstərir.

Mən burdan sosial şəbəkələrdə çaxnaşma salanlara da səslənirəm. Unutmayın, insanı Allah vurmasın və alçaltmasın. Bəndə heç kimdir. O pislik həmin insanların özünə qayıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə