Aktyor Allahverdi Yolçuyev verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aktyor beş ildir çalışmadığını, maddi sıxıntıları olduğunu söyləyib: "Səhhətimdə problem var. Əlim əsir. Sinirlə bağlı problemdir. Ona görə də işləmirəm. Bir neçə yerə müraciət etmişəm. Söz veriblər. Yəqin kömək edərlər. Ancaq həkimlərdəyəm. Klinikalar təmənnasız müayinə edirlər. Artıq çıxış yolu tapa bilmirəm. Nəsə bilsəm edərəm. Ailəmə bağlı adamam, onları düşünürəm. İndi kürəkənim kömək edir, amma onun da 3 uşağı var. Dostlarım da yardım edir. 20 ildən çox teatrda çalışmışam. Əvvəl dublyaj var idi, gəlir olurdu. İndi o da yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB