Əməkdar artist hərbçi qohumu haqda: "Oğlunun üzünü görməyib"

Əməkdar artist hərbçi qohumu haqda: "Oğlunun üzünü görməyib"

Əməkdar artist Nuriyyə Hüseynova cəbhəyə yollanan həkim oğlundan və bacısının övladından danışıb. SİA-nın məlumatına görə, ifaçı bacısı oğlunun ata olduğunu deyib. O, hərbçinin hələ övladını görmədiyini deyib: "Bacımın oğlu da ön cəbhədədir. İki gün əvvəl onun bir oğlu dünyaya gəldi. Özü hələ gəlib çıxmayıb. Ananın həyəcanından uşaq 1 ay tez doğuldu. Həkimlər deyir, səhhəti yaxşıdır.

Bir ananın, həyat yoldaşının yolunu gözləyən, stres yaşayan xanımın dünyaya gətirdiyi uşaqda fəsadlar olmalıdır.

Oğlumla da danışıram. Travmatoloq cərrahdır. Müharibə başlayandan Bakıda idi. Müharibənin 30-cu günü Hadruta getdi. Hazırda Füzulidə xəstəxanadadır".

Bütün xəbərlər Facebook səhifəmizdə