Azərbaycanın tanınmış top-stilisti Samir Əliyev yenidən müğənniləri tənqid etməyə başladı. SİA-ya açıqlama verən stilistin sözlərinə görə, müğənni Nazəninin imicində yaxşı dəyişiklik var: " Əgər Nazənin xanımın 10 il əvvəlinə baxsaq, görərik ki, indi çox dəyişib. Bizim stilistlər rekord vurublar. İnsan da 180 dərəcə dəyişə bilərmi? Görünür bilər! İndi Nazənin xanım, Rühəngiz Allahverdiyeva - bunların hər gün vurduqları kosmetikanı ildə bir dəfə Braziliya karnavallarında istifadə edirlər. Orada həmçinin transkarnavalları olur (\"mavi\"lərin paradı ) bax orada bu cür kosmetikadan istifadə edirlər".
Stilist maraqlı xarici görünüşə sahib olan müğənnilərin də adını çəkdi: \"Zamanında Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva - bunlar mübarizə apardılar ki, bizi qəbul edin. Bir çoxları onlardan üz döndərdilər, efirlərə, toylara çağırmırdılar. Çünki onlar bizim milli-mentalitetə uyğun geyinmirdilər. Amma onlar bu etapı keçdilər və indikilər onlardan öyrənirlər. İndi bu müğənnilər brenddirlər. Yadımdadır ki, 1980-cı illərdə mən rəhmətlik sənətkar Məmmədbağır Bağırzadəyə baxıb, düşünürdüm ki, insan necə zərli və qaşlı kostyum geyinə bilər? Amma o vaxtı bu normal qarşılanırdı. İndi isə hər hansı bir kişi müğənnisi o cür kostyumlar geyinsə, onun haqqında artıq kəlmələr danışarlar. Deyərlər, kişi hara, zər hara, kişi hara kosmetika hara, kişi hara parik hara. Amma Məmmədbağır hər kəsə sübut etdi ki, mən artistəm! O, insanların qarşısında qocalmaq istəmirdi. Səhnə təkrarlığı xoşlamır. Amma bizimkilər yalnız bununla məşğuldurlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB