Hansı film dünya premyerasında sonra ilk dəfə Azərbaycanda nümayiş olundu?
Artıq neçənci dəfədir ki, Park-Bulvarın "Park-Cinema" kinoteatrında media nümayəndələri üçün dünyaca məşhur filmlərin premyerası keçirilir. SİA-nın məlumatına görə, bu dəfə ilk olaraq jurnalistlər üçün təqdim olunan dünyanın ən maraqlı fimləri sırasına düşən "Karib dənizin quldurları" silsiləsindən yeni "Karib dənizin quldurları: "Qəribə sahillərdə" filminin premyerası olub. Film 3 D formatında nümayiş olunub.
Maraqlı məqam burasındadır ki, bir neçə gün öncə Disneylend macəra şəhərciyində filmin dünya premyerası keçirilib. Ondan sonra film ilk olaraq Azərbaycanda nümayiş olunub. Park Bulvarın piar menceri Aynur xanımın sözlərinə görə, operativlik nümayiş etdirən "Park-Cinema" kinoteatrı filmi ilk olaraq Azərbaycan tamaşaçılarına göstərmək istədi.
2011-ci ilin istehsalı olan "Karib dənizin quldurları: "Qəribə sahillərdə" filminin rejissoru Rob Marşaldır. Əsas rolların ifaçıları isə Conni Dep, Yen Mak Şeyn, Penelopa Kruz, Cefri Raşdır.
Sözügedən filmin çəkilişləri Londonda baş tutub. Həqiqətin axtarışı, satqınlıq, əbədi cavanlıq, ölüm təhlükəsi haqında yeni əhvalatlarda, kapitan Cek Sərçə öz keçmişindən olan qadın Anjelika ilə üz-üzə gəlməlidir. Axıra qədər aydın olmayacaq ki, onları ülvi məhəbbət biri-birinə bağlayır, yoxsa Anjelika, əbədi cavanlıq mənbəyinə çatmaq üçün Cekə ustalıqla kələk gəlir. O, təkidlə, Ceki zalım Qara Saqqal adlı kapitanın başçılıq etdiyi, "Kraliça Annanın Qisası" gəmisinin göyərtəsinə qalxmağa vadar edir. Yaranmış vəziyyətdə qəhrəman anlaya bilmir ki, kimdən daha çox qorxmalıdır: vahiməli, zalımdan yoxsa öz köhnə rəfiqəsindən?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB