Xəbər verdiyimiz kimi, aparıcı Afaq Gəncəli koronovirus infeksiyasına yoluxub. SİA-nın məlumatına görə, verilişlərin birinə telefonla bağlanaraq pis olduğunu söyləyib: "Müalicəm davam edir. Özümü yaxşı hiss etmirəm. Bir gün yaxşı, bir gün pis oluram. Sümüklərim ağrıyır, hərarətim 34-35-ə düşür. Bir gün ancaq öskürdüm və boğuldum. Danışa bilmirdim, bir kəlmə deyəndə boğulurdum. Bilmirdim nəfəs alım, verim. Nəfəs almaq ritmi məndə pozulmuşdu. Çətin keçirirəm. Boğulma və can ağrısı olmasaydı, əla olardı. Yoluxandan on gün sonra xəstəlik məndə büruzə verib. Çox çətin xəstəlikdir, qolunu qaldırmağa halın olmur.
Onu da qeyd edim ki, evdə heç kim yoxdur. Çünki mən koronavirus xəstəsi olduğum üçün hamı evdən gedib. Yaşlı anam, qardaşım və ailəsi var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB