İlhamə həmkarlarını tənqid etdi: "Niyə gülünc obyektinə çevrilməyi sevirsiniz?"
Müğənni İlhamə Qasımova vətənpərvərlik mövzusunda klip çəkdirən sənət adamlarını tənqid edib. SİA-nın məlumatına görə, ifaçı onların imicini də ələ salıb: "Bu yazdığımın günlə yox, olduğum sahə ilə əlaqəsi var. Son zamanlar çəkilən bəzi kliplərin qəhrəmanları niyə 1980-ci illərin "mad max" film personajlarına bənzəyir?
Cırıq paltar, səliqəsiz, qarışıq saçlar, bir tonlu rənglər... Nə etmək istəyirsiniz? Əgər xaricilərə baxıb etmək istəyirsinizsə, bunu ya doğru edin, ya da etməyin. Niyə gülünc obyektinə çevrilməyi sevirik?
Bu kliplərə heç bir yerdən baxmazlar, özümüzdən başqa da heç kim "əladır, superdir" deməz. "Əla" deyən özümüzünkülərin də zövqünü korlamayın. Çünki onlar yalnız yerli musiqi, kliplər izləyir. Hamı çıxır dünyadan, idarəetmədən danışır, filosofluq edir. Öz sənətinizdən danışın əvvəl, onu öyrənək sonra filosof olarıq.
O gün bir müğənninin klipini gördüm, əsəbimdən hətta mən də cinayətkar reper "6ix9ine"nin mahnısını gözümün önünə gətirdim: I'm mad, he is mad? She’s mad... What... da...". Bu, artıq üçüncü klipdir ki, bu vəziyyətdə qarşıma çıxır. Yəni, doğrudan bunu fikirləşəndə nə edirsiniz?"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB