Gəlinindən Mətanətə: "Saflığımdan istifadə edən saxtakar..."

Gəlinindən Mətanətə: "Saflığımdan istifadə edən saxtakar..."

Əməkdar artist Mətanət İsgəndərli ilə gəlini Canana arasında qalmaqal yaşanıb, oğlu Kərim həyat yoldaşından ayrılıb. SİA-nın məlumatına görə, Canana qayınanasının ünvanına sərt sözlər yağdırıb: "İllərimi saxtakar qadının yanında keçirdim. Hansı ki, yalnız özünü düşünən, özü üçün yaşayan insanların saflığından istifadə edən, öz yaşadığı pis həyatı gəlininə arzulayan saxtakar qadının. Çox şükür ki, bu səbrimin qarşısında Allah mənə üç övlad bəxş edib.

Saxtakar ana adını daşıyan qadın, Allahın qarşısında axıtdığım hər göz yaşıma görə cavab verəcəksən. Zaman hər şeyin dərmanıdır".

Qeyd edək ki, Canana ilə M.İsgəndərli arasındakı qalmaqala yaşadıqları ev səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə