İlhamə Qasımova nədən narazıdır?

İlhamə Qasımova nədən narazıdır?

"Eurovision" milli seçim turunda iştirak edən İlhamə Qasımova görünüşü ilə tam çəkildə razıdır. Baxmayaraq ki, bəzi insanlar onun səhnəyə yaraşmadığını iddia edir, ancaq İlhamə Qasımova başqa fikirdədir. SİA- ya açıqlama verən müğənni bi sözləri dedi: "Deyirlər mənim şarmım yoxdur! Amma bu sözü eşidəndə mənim gülməyim gəlir. Mən öz xarici görünüşümün pis olduğu üçün heç vaxt əziyyət çəkməmişəm. Əksinə, yaxşı olduğu üçün əziyyət çəkmişəm. Xarici görünüşüm mənə hər zaman əziyyət verib, amma başqa cəhətdən. Həmişə düşünmüşəm, kaş ki, bir az pis görünərdim. Çünki iş yerlərində çətinliklə qarşılaşmışam. Xarici görünüşümə görə, mənə müxtəlif təkliflər gəlirdi. Mən işimi itirirdim, yəni özüm o işi atırdım. Elə yerlər olub ki, mən bir gün işləyib, səhər oranı tərketmişəm. Mən heç vaxt eybəcər olduğum üçün çətinliklə qarşılaşmamışam, əksinə, gözəl olduğum üçün rastlaşmışam. İndi mənə o sözü deyən insanlar da 34 yaşında mənim kimi görünsələr, onlara "Bravo" deyərəm. Əgər söhbət 90-60-90-dan gedirsə, bu, yalnız gözəllik müsabiqələrində, modellərdə olur",-deyə müğənni bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə