Koronavirusa yoluxan Əməkdar artist: "Utanılası bir şey yoxdur"

Koronavirusa yoluxan Əməkdar artist: "Utanılası bir şey yoxdur"

Əməkdar artist Anar Heybətov koronovirus testinin pozitiv çıxdığını bildirib. SİA-nın məlumatına görə, o, bu sözləri dilə gətirib: "Mən də Covid19 virusuna yoluxdum. Təəssüf ki, insanlar arasında bu məsələyə məsuliyyətsiz yanaşanlar var.

Özündə simptomları hiss edərkən, hərarət yuxarı olduqda bunu gizlədirlər. Cəmiyyət arasında özlərindən qeyri-ixtiyari virusu yayırlar. Burada ayıb və utanılası bir şey yoxdur. Test verin və evdən çıxmayın, müalicə olunun. Hər kəs özünü, yaxınlarını qoruyarsa, tezliklə bu koronavirusa qalib gələrik. Şükür, artıq ağır günlər keçib. Allah hamıya şəfa versin".

Bütün xəbərlər Facebook səhifəmizdə