"Toppuş bacı: "Həyat yoldaşım məni xəstə vəziyyətdə qəbul etdi"
Əməkdar artist Tünzalə Əliyeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, xərçəngdən sağalan "Toppuş bacı" ləqəbli aktrisa həkimlərinə və ailəsinə təşəkkür edib: "Həkimin "sağalmısan" sözünü eşidəndə klinikadan çıxa bilmədim. Oturub düşündüm ki, görəsən, bir də bura gələcəm? Uşaqlıq boynunun şişi, 30-a yaxın şüa aldım. Sonra kimyaterapiya başladı. Sonra öyrəndim ki, limfa vəzlərimə sıçrayıb. Sonra gülə-gülə getdim, dedilər, böyrək damarlarıma yayılıb. Yenə dərman içdim ki, bitəcək. Ağ ciyərdə olanda dedim, mən bitdim. Həkimin çiyinlərindən öpürdüm ki, məni sağaldın, evdə körpəm var.
Sənət dostlarım mənə maddi dəstək göstərdilər. Məni sevənlər də, sevməyənlər də var. Hətta bir dəfə mənə yazmışdılar ki, bu, hələ ölmədi? Ağır günümdə, məni bu cür qəbul edən həyat yoldaşıma təşəkkür edirəm. Bilmirəm, bundan sonra necə olacam. Amma indi sağalmışam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB