Xəbər verdiyimiz kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 17 il keçir. SİA-nın məlumatına görə, Ulu Öndəri anan məşhurlar sırasında Əməkdar artist Elza Seyidcahan da olub. Belə ki, sənətçi Heydər Əliyevlə illər öncə çəkdirdiyi şəkli sosial media hesabında yayımlayıb və bu sözləri qeyd edib: "Ulu Öndərimizə həmin gecə onu yuxuda gördüyümü danışırdım. O da, görün, necə məhəbbətlə məni dinləyirdi. Ruhu şad olsun". 
E. Seyidcahan ardınca Ümummilli Liderlə çəkilmiş daha bir fotosunu "İnstagram" səhifəsində paylaşıb və bu sözləri əlavə edib: "Biz xoşbəxt xalqıq. Çünki bizim Heydər Əliyev dühamız var!"

BİZ XOŞBƏXT XALQIQ!
CÜNKİ BİZİM HEYDƏR ƏLİYEV DÜHAMIZ VAR!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB