İlkin: "Ondan sonra ev və maşın almışam"

"Qılman" obrazı ilə tanınan aktyor İlkin Miskərli verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aktyor proqramda çəkiliş zamanı başına gələnlərdən bəhs edib: "Həkimləri parodiya etmək başıma bəla olur. Peşman oluram sözlərimdən hansısa həkimlərdən birinin dedikləri ilə üst-üstə düşəndə. Klinikaya gedəndə düşür üstümə ki, sözümü təkrarlayırsan. Deyirəm, sizi tanımıram. Bir həkim var, adı Uzman Qılmandır. O yazığın yanına mənim əlimdən gedən yoxdur.

Mənə ən böyük yaxşılığı İlkin Həsənli edib. Məni "Bozbash pictures"ə dəvət edib. Ondan sonra ev də, maşın da aldım. Artıq rayona qayıtdığım məqamda İlkin mənə zəng etdi".

Ən böyük arzusundan danışan aktyor "Azərbaycanı iki dəfə fırlanmışıq. Çəkiliş üçün yeni yerlər qalmamışdı. Amma indi çəkiliş üçün məkanlar çoxaldı. "Buğlama Şuşada" - ən böyük arzumuzdur" sözlərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə