Günayın "Zəfər nəğməsi" VİDEO

Müğənni Günay İbrahimli Vətən müharibəsindəki qalibiyyətimizə mahnı həsr edib. SİA-nın məlumatına görə, “Zəfər nəğməsi” adlanan mahnının müəllifi Aygün Səmədzadədir. İfaçı yeni mahnısını kliplə birgə rəsmi “YouTube” kanalında sevənlərinin ixtiyarına verib. Ekran işinin rejissoru Dele Orucludur. Onun stili üzərində Lamiyə Ağabalayeva çalışıb.

“Zəfər nəğməsi” haqda danışan Günay ”Yaşadığımız zəfərə görə başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla hər bir əsgərimizə sonsuz təşəkkürlərimi bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin!” sözlərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə