Rəqqasə Rəna Ağamuradova (Renka) koronovirus tutmasından danışıb. SİA-nın məlumatına görə, rəqqasə bu haqda verilişlərin birində qonaq olarkən deyib: "Xəstəliyin heç bir simptomu məndə yox idi. Türkiyəyə getməli idim, bilet aldım. Test verdim və pozitiv çıxdı. Gedəsi olmadım, 8 gün müalicə aldım. İndi qrip də çoxlaıb. İnsanlar çaşdırıb. Çoxları analiz verməyə də qorxur. Böyüklərinizi qoruyun. Mən atamı qoruya bilmədim. Ürəyi zəif idi, iki dəfə infark olmuşdu. Onu sağalda bilmədilər.
Bir də qorxmaq lazım deyil. Qorxanda lap pis keçirisən. Hər yerin bağlanmasını, qaydaların sərtləşdirilməsini istəyirdim. Mənə də çox çətindir, ailə saxlayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB