Nura Suri gileyləndi

Müğənni Nura Suri koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tətbiq edilən qadağalara etirazını bildirib. SİA-nın məlumatına görə, ifaçı bu sözləri deyib: "Bu dünya-aləm xəstələnib qurtarandan sonra peyvənd kimə lazımdı ki? Sms icazə, sərhədlərin bağlanması, işsizlik nəyə xeyirdi? Onsuz da dedikləri kimi, ucdantutma oktyabrdan bəri hamı xəstələnir. Elə bil Nastradamusdular... Plan nədi? B planı, C planı və yaxud X planı?

Camaatın kreditləri dondurulmadı, faizlər dayandırılmadı, xəstəxanalarda yer yoxdur. Təcili yardım heç cavab vermir. Bəllidir ki, yorulublar, beziblər. Yəni yaxşılığa doğru dəyişiklik yoxdur. Bu SMS nədi axı ömrümüzə girib?

Heç kəs təmiz hava almasın? Bir ailədə hamı xəstədirsə, evdən çıxa bilmirsə, kim alsın çörəyi, kim bişirsin yeməyi, hansı pulla bunu etsinlər? Hansı pulla dərman alsınlar? 9 aydır dünyada pandemiyadı, hələ də apteklərdə dərmanlar tapılmır. Niyə? Bilirsiz də artıq, dərman sifarişini çox edin. Od qiymətinə dərmanlar satılır".

Bütün xəbərlər Facebook səhifəmizdə