Acun qızı üçün bunu da edəcək

"TV8” telekanlının sahibi Acun Ilıcalı, aparıcı Şelale Kadakın “YouTube”da yayımlanan verilişində maraqlı açıqlama verib.

SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Acun yeni “Exxen” platforması üçün layihələr hazırlamağa davam etdiyini və “Sehirli annem” serialını yenidən ekranlaşdıracağını bildirib:

“Melisa ilə səhər yeməyi yeyərkən baxdım ki, “Sehirli annem”i izləyir. Köhnə, amma çox yaxşı serial idi. Bu qədər sevdiyi üçün yenisini çəkmək qərarına gəldim. Daha sonra rejissorla danışdım, hazırda çəkilişlər gedir”.

Bütün xəbərlər Facebook səhifəmizdə