"Boşanma gizlədiləcək məsələ deyil"

"Boşanma gizlədiləcək məsələ deyil"

Müğənni-bəstəkar Murad Arif boşanma xəbərləri ilə gündəmə gələn bloqqer Aynişan Quliyeva haqda söz açıb. SİA-nın məlumatına görə, ifaçı Quliyevanı tənqid edənlərə səslənib: "Məşhur insan üçün boşanma və ya evlənmə gizlədiləcək məsələ deyil.

Balaca şəhərdir. Hamının qeydiyyat şöbələrində, qonşuluqda, qohumluqda bir tanışı çıxır. İnsanlar məcburdur ki, bir açıqlama etsin. Çünki açıqlama olmasa, fantaziyanız genişdir, ardını özünüz bilirsiniz. Bu məsələni niyə böyüdürsünüz? Bu mövzuda niyə bir şəhid qızını bu qədər incidirsiniz?"

Qeyd edək ki, Aynişan fitnes müəllimi həyat yoldaşı ilə boşanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə