Fatimə Fətəliyeva yasda koronavirusa yoluxdu

Fatimə Fətəliyeva yasda koronavirusa yoluxdu

Rəqqasə Fatimə Fətəliyeva da koronavirusa yoluxduğunu etiraf edib. SİA-nın məlumatına görə, sənətçi bu haqda "İnstagram"da canlı yayımda söyləyib: "Yenidən xəstələnməkdən qorxuram. Mayda ağır pnevmaniya olmuşdum. Bu haqda bir dəfə danışdım, sosial şəbəkədə məni tənqid etdilər. Çox pis keçirdim. Test verdim, amma neqativ oldu. Ciyərlərimi yoxlatdırdım, artıq buzlaşma başlamışdı. Ciyərimin çox hissəsi buz idi. Müalicəyə tez başladım və sağaldım. Həmin ərəfəyə qədər isə mən nə qədər insan yoluxdurmuşdum.

İndi ən çox anama görə qorxuram. 71 yaşı var, şəkərə meyillidir. Bir də ürəyinizə salmayın. O qədər ürəyimə saldım ki, bir də gördüm xəstəyəm.

Ətrafınızda gördüyünüz insanlarla öpüşməyin. Bizdə bir adət var, hamı bir-birini görəndə öpməlidir. Bir də indi o qədər yeyirəm ki... Paltarlarım mənə girmir. Arıqlamaq, ay piyim çıxdı, cəhənnəmə olsun. Əsas canımız sağlam olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə