Koronavirusa yoluxan Xatun: "İnsanların çoxu məsuliyyətsizdir"

Koronavirusa yoluxan Xatun: "İnsanların çoxu məsuliyyətsizdir"

Müğənni Xatun Əliyeva da koronavirusa yoluxub. SİA-nın məlumatına görə, sənətçi buna görə ətrafında olan insanları günahlandırıb: "Koronavirus keçirməmək mümkünsüz həddə gəlib çatıb. Nə qədər qorunsam da, deyilənlərə əməl etsəm də, virusa mən də yoluxdum. Çünki daşıyıcılar aramızdadır, insanların çoxu məsuliyyətsizdir.

Çoxları daşıyıcı olduğu halda rahat insanlar arasına çıxır, ətrafında olan hər kəsi də yoluxdurur. Biz sənət adamları məcburuq hansısa tədbirə, çəkilişlərdə iştirak edək. Amma bu insanların ucbatından biz də yoluxuruq. İndi məcburam ki, bütün işimi yox sayıb evə qapanım, çünki ətrafımdakıların canını da düşünürəm. Yazıqdır bu camaat. Bir ildir bu virus yaxamızı buraxmır. Niyə vəziyyətin ciddiliyini düşünmürsünüz. Hər gün bu virusun aldığı canların sayı xoşunuza gəlir?

Hərə öz canına sahib olsun. Bir az özünüzü narahat hiss etdinizsə, həkimə müraciət edin. Evdən çıxmayın. Eləsi də var ki, üç-beş günə özünü yaxşı hiss edir və evdən çıxır. Bəlkə sənin vecinə almadığın, asan keçirdiyin virus başqası üçün ölüm səbəbidir. Belə olanda da virus bitmir".

Bütün xəbərlər Facebook səhifəmizdə