Günay: "Bu elə bir acıdır ki, ağrısına heç bir dərman kar etmir" FOTO
Xəbər verdiyimiz kimi, aparıcı Günay Firudinqızının anası Fəridə İsmayılova koronavirusa yoluxub və rəhmətə gedib. SİA-nın məlumatına görə, aparıcı anasının şəklini sosial mediada paylaşıb və bu sözləri qeyd edib: "Ana, sənsiz necə yaşayım. Artıq gecələr də, açılan səhərlər də mənim düşmənimdir. Sənsizliyin sızıltısı ən çox onda içimi göynədir. Bu elə bir acıdır ki, ağrısına heç bir dərman kar etmir. Yəqin indi sən də öz sevdiyin anana qovuşmusan. Bəlkə də xoşbəxtsən ki, bu cəhənnəmdən cənnət dünyasına getmisən. Ana, səni sevirəm. Dünya gözəli anam, sənsiz çox darıxıram".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB