Röya ad günündə nələr edəcəyi haqda danışıb. SİA-nın ATV-nin "10-lar" verilişinə istinadən verdiyi xəbərə görə, müğənni belə bir açıqlama verib: "Bir neçə aydır dostlarıma kömək etdiyim üçün öz işlərimlə məşğul ola bilmirdim. Ad günüm yaxınlaşır və bu münasibətlə pərəstişkarlarıma sürpriz etmək qərarına gəlmişəm. Bu il fərqli olacaq. Konsert əvəzinə yaradıcılıq gecəsi keçiriləcək və orada tamaşaçılara mənim həyatımla bağlı mini film nümayiş etdiriləcək".
"Artıq 10 ildir səhnədəyəm. Odur ki, ən məşhur mahnılarımın yer alacağı disk buraxmaq qərarına da gəlmişəm", - deyə Röya qeyd edib.
"Artıq 10 ildir səhnədəyəm. Odur ki, ən məşhur mahnılarımın yer alacağı disk buraxmaq qərarına da gəlmişəm", - deyə Röya qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB