Məhkəmə Flora Kərimovanın Faiq Ağayevə qarşı şikayətini təmin etməyib
Bakı Şəhər Apelyasiya Məhkəməsi xalq artisti Flora Kərimovanın \"Qızıl şlyager\" Faiq Ağayevə qarşı şikayətini təmin etməyib. SİA-nın Trend-ə istinadən verdiyi məlumata görə, Faiq Ağayevin mətbuat katibi bu haqda məlumat verib. Bakı Apelyasiya Məhkəməsində hakim Cəlal Ramazanovun sədrliyi ilə keçirilən iclasda Kərimovanın Yasamal rayon məhkəməsinin bu ilin yanvarında qəbul etdiyi qərarından veriyi apelyasiya şikayətinə baxılıb.
Məhkəmə Yasamal rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Kərimova Ağayevə qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin təhqir (147.2) və böhtan (148) maddələri ilə cinayət işi başlanması üçün Yasamal rayon məhkəməsinə müraciət etmişdi.
Məhkəmə Kərimovanın şikayətini təmin etməmişdi. Məhkəmənin qərarı ilə razılaşmayan Kərimova qərardan apelyasiya şikayəti vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB