"Toppuş bacı" xərçəngə qalib gəldi

Əməkdar artist Tünzalə Əliyevanın səhhəti normallaşıb. SİA-nın məlumatına görə, "Toppuş bacı" ləqəbli aktrisa bildirib ki, analizlərinin cavabı yaxşı olub və xərçəngə qalib gəlib: "Mənə gözəl sözlər, dualar yazırdınız. Dualarınız qəbul oldu, iki gün əvvəl aldığım analiz cavablarına görə törəmə və metastaz yoxdur. Bu, o deməkdir ki, mən xərçəngdən xilas oldum.

Mənə təmənnasız qayğı göstərdiklərinə görə Milli Onkologiya Mərkəzinə təşəkkür edirəm. Məni sağlam ailəmə qaytardılar".

Bütün xəbərlər Facebook səhifəmizdə