"Ağdamda, Şuşada evimin olmasını istəyirəm"

Müğənni Günel Zeynalova Türkiyə vətəndaşı ola bilmədiyini açıqlayıb. SİA-nın məlumatına görə, o, bu haqda sosial şəbəkədə deyib: "Hamı mənə deyirdi ki, gözləyirsən Ağdam alınsın, sonra həyatını birləşdirəcəyin insan çıxsın. Əlbəttə ki... Amma əslini Allah bilir, yəqin elə də olacaq.

23 ildir Türkiyə vətəndaşı ola bilmirəm. Bütün türk dostlarım da buna təəccüblənir. İnşallah, bu il olacam".

Günel daha sonra bu sözləri əlavə edib: "Qarabağın azad edilən bütün bölgələrində konsert verəcəm. Hazırlıqlar başladı. Düzdür, bundan sonra gedib Ağdamda yaşamayacam. Amma Ağdamda, Şuşada evimin olmasını istəyirəm. Ora dincəlməyə gələcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə