Dünən gecə saatlarında tanınmış aktyor Fərda Xudaverdiyev ağır yol qəzası keçirib. Aktyorun yaxın ətrafından SİA-ya verilən məlumata görə, o, "Volfswagen Touareq" markalı avtomobilində "Hundai Sonata" markalı avtomobillə toqquşub.
SİA xəbəri təsdiqləmək üçün aktyorla əlaqə saxlayıb. Fərda uzun müddət telefona cavab verməsə də, sonda bizimlə danışdı: "Düzdür, qəza baş verdi. Özüm də bilmədim necə oldu. Amma şükürlər olsun ki, Allah üzümüzə baxdı. Yaxşı ki, xilas edici yastığım açıldı\".
Aktyorun vəziyyəti yaxşı olsa da, bu gün mütləq həkim nəzarətindən keçəcəyini də söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB