Diana Hacıyeva yeni klip çəkdirib

Diana Hacıyeva yeni klip çəkdirib

Caz ifaçısı Dianа Hacıyeva yeniliklərə imza atır. SİA-nın məlumatına görə, müğənni yeni klipini təqdim edib. Amma fərq burasındadır ki, müğənni klipini ilk olaraq media nümayəndələrinə deyil, internet istifadəçilərinə təqdim edib. "Find yourself" adlı xarici mahnının musiqisi Dianaya məxsusdur.

Klipdə professional fotoqraf olan Sitara İbrahimova tərəfindən maraqlı şəkillər çəkilib. Ancaq bu klipdə adıçəkilən xanım fotoqraf başqa ampuladan çıxış edib. O, bu dəfə klipə rejissorluq edib.

Klip qeyri-adi görüntülər və maraqlı süjet xətti daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə