Əməkdar artist efirdə Laçından danışıb ağladı

Əməkdar artist Ehtiram Hüseynov uzun müddət sonra ilk dəfə verilişlərin birində qonaq olub. SİA-nın məlumatına
görə, səhhətində ciddi problem olan xanəndə veriliş boyunca göz yaşlarını saxlaya bilməyib.

Əslən Laçından olan Ehtiram ata yurdunun düşməndən azad olunmasına kövrəldiyini deyib: "40-a yaxın yaşım var, həyatda çox sevinmişəm. Amma bu qədər sevincli hisslərim olmayıb". O, bu sözlərdən sonra ağlamağa başlayıb.

Sənətçi daha sonra bu sözləri əlavə edib: "1992-ci ildə Xocalı hadisəsindən sonra bizi Laçından çıxartdılar. Bakıda əmim, dayımgil yaşayırdı. Bizionların evinə gətirdilər. Bu günə şükür, xəyallarımız gerçəkləşdi. Laçınlı günlərdə görüşəcəyik".

Qeyd edək ki, E.Hüseynovun ötən ilin dekabrından səhhətində ciddi problem yaranıb. Xanəndə müalicə alır.

Bütün xəbərlər Facebook səhifəmizdə