17-ci Kral Musiqi Mükafatı sahiblərinə təqdim olunub - FOTOSESSİYA
Türkiyənin "Kral" televiziyasının təsis etdiyi 17-ci Kral Musiqi Mükafatının təltifetmə mərasimi başlayıb. SİA türk mətbuatına istinadən xəbər verir ki, onun yeni sahibləri müəyyənləşib.
Mərasimdə ən çox mükafat qazanan sənətçi Tarkan olub. Tarkan "Ən yaxşı albom", "Ən yaxşı mahnı", "Radiolarda ən çox səslənən müğənni", "Ən yaxşı klip", "Ən yaxşı bəstə", "Ən yaxşı mahnı sözü" və "Ən yaxşı kişi sənətçi" nominasiyaları üzrə 17-ci Kral Musiqi Mükafatına layiq görülüb.
Müğənnilər Orxan Gəncəbay və İbrahim Tatlısəsə isə "Şərəf ödülü" verilib.
Təqdimat mərasiminin sonunda Tarkan səhnəyə çıxıb. Onunla birlikdə Sezən Aksu da tamaşaçılara yeni mahnılarını təqdim edib.
Mükafatın sahiblərini təqdim edirik:
Ən yaxşı klip - Tarkan – "Öp"
Ən yaxşı film musiqisi – "Çox Filim Hareketler Bunlar"
Ən yaxşı çıxış edən sənətçi - Berkay
Ən yaxşı serial musiqisi – "Öyle Bir Geçer Zaman ki"
Ən yaxşı qadın sənətçi - Sertab Erener
Ən yaxşı mahnı sözü - Tarkan – "Sevdanın son vuruşu"
Ən yaxşı aranjiman - Ozan Çolakoğlu- "Sevdanın son vuruşu"
Ən yaxşı qrup – Gripin
Ən yaxşı albom - Tarkan – "Adımı kalbine yaz"
Ən yaxşı kişi sənətçi - Tarkan
Ən yaxşı mahnı - Tarkan – "Sevdanın son vuruşu"
Ən yaxşı layihə Mükafatı - Ozan Doğulu – 130 BPM
Radiolarda ən çox səslənən müğənni – Tarkan
Ən yaxşı bəstə - Tarkan – "Sevdanın son vuruşu"
MÜYAP Dijital Satış Mükafatı – İnternetdən qanuni olaraq en çox dinlənilən mahnı Mustafa Ceceli - Dön
Ən yaxşı duet - Mustafa Ceceli və Elvan Günaydın – "Eksik"
Kral FM Türk Sənət Musiqisi Xüsusi Mükafatı - Nev
Kral FM Türk Xalq Musiqisi Mükafatı - Kubat
Radiolarda ən çox səslənə mahnı - Ziynet Sali – "Röya"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB