"Fəxri ad almaq üçün bayrağı ucuzlaşdırmaq olmaz!"

Xalq artisti Flora Kərimova Azərbaycan bayrağını paltar formasında geyinənləri sərt tənqid edib. SİA-nın məlumatına görə, ifaçı bu sözləri deyib: "Azərbaycan bayrağını paltar formasında geyinən müğənnilərdən xoşum gəlmir. Bu, ciddi problemdir və məni çox narahat edir. Onları başa salın ki, ayıbdır. Bayraq namusdur, qeyrətdir, şəhidlərimizin qanıdır, şəhid analarının göz yaşıdır. Bayraqdan bu şəkildə istifadə etmək olmaz. Guya xoşa gəlmək, vətənpərvər olmaq istəyirlər. Amma bu, vətənpərvərlik deyil. Bəzi-bəzi insanlar "vətənpərvərlik" edib belə ucuz şeylərə əl uzadanda düşünürəm ki, bir erməni gülləsinin səsini eşitsəydilər, bilmirəm, hansı yerə soxular, ya da göyə dırmaşardılar. Yəni kimlərəsə xoş gəlmək, gələcəkdə fəxri ad almaq, özünü gözə soxmaq üçün bayrağı ucuzlaşdırmaq olmaz! Vətənpərvərlik karyera mənbəyi deyil, evə gətirilən çörək deyil. Vətənpərvərlik ləyaqətdir. O, Allahdan ya verilir, ya da verilmir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...