Kamil Xudayardan yazdı: "Səni məzarda görəcəyimə inana bilmirəm" FOTO

İdmançı Kamil Zeynallı şəhid Xudayar Yusifzadə ilə fotosunu sosial media hesabında yayımlayıb. SİA-nın məlumatına görə, Kamil onun ölümündən 40 gün keçdiyini bildirib: "Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başımda dastana döndü. Xudu, Allah sənə rəhmət eləsin. Əziz qardaşım, sənin bu dünyadan köçməyindən 40 gün keçir.

Sənin ocağını, məzarını Bərdədə ziyarət edəcəm. Çox pisəm, səni məzarında görəcəm. Biz səninlə oturub, söhbət etmişdik ki, musiqidə sənə dəstək olacaqdım. Arada snayperlə nə qədər düşmən vurduğunu deyirdin. Yorulanda başqa silah götürürdün. Söhbət zamanı düşmən tərəfindən mərmi atıldı, oturduğumuz yerdə başımızı tutduq, mərmi gəlib kənara düşdü. Zarafatla dedik ki, həmişə belə "kasoy" atmısınız. Dedik və güldük.

Sənin gözəl insan olduğunu necə yazım. Sözlə izah edim bilmirəm. Sən başqa insan idin. Haradasa mühafizəçi işlədiyini demişdin. Döyüşdən sonra sənə iş tapmaq haqqında da danışmışdıq. Çox heyif... Səni məzarda görəcəyimə inana bilmirəm. Xudu, sən yaşayırsan, əziz qardaşım".

Bütün xəbərlər Facebook səhifəmizdə