Xalq artisti Flora Kərimova baxıcı və ekstrasenslərə olan münasibətindən söz açıb. SİA-ya açıqlama verən xalq artisti baxıcılar yanına getmədiyini dilə gətirib: "Falçılıq ilahi bir vergidir və Allah bu üstünlüyü hamıya səxavətlə paylamır. Amma mən həyatımı heç bir falçı və görücüdən asılı vəziyyətə sala bilmərəm. Heç bir falçı deyə bilməz ki, Flora Kərimova mənim yanıma fala baxdırmağa gəlib. Düzdür, həyatım, qismətim mürəkkəb olub. Bununla belə, heç zaman fırldaqçılıq, pis əməllər eləməmişəm. İndiyə qədər öz adımı qorumuşam, indən belə də biabır olmaq niyyətim yoxdur. Mən bu falçılara inanmıram, inanmayacağam da!\"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB