Şuşadakı hərbçilərimizdən Zülfiyyə Xanbabayevaya hədiyyə VİDEO

Şuşada olan hərbçilər Xalq artisti Zülfiyyə Xanbabayevaya hədiyyə göndəriblər. SİA-nın məlumatına görə, bununla bağlı müğənni sosial şəbəkədə paylaşım edib. Videoda Xanbabayevanın "Şuşanın dağları" ifasının şəhərdə hərbçilərimiz tərəfindən səsləndirildiyi yer alıb.

Sənətçi hərbçilərimizin bu addımına belə münasibət bildirib: "İllərdir ifa etdiyim "Şuşanın dağları" Şuşanın dağlarında səsləndi. Əziz, qəhrəman hərbçi qardaşımız Elvin, nəğməli Şuşamızdan göndərdiyiniz müqəddəs bayrağımız mənə çatdı. Bu şərəfli bayrağı ömrümün sonuna qədər göz bəbəyim kimi qoruyacağıma söz verirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə