Koronavirusa yoluxan Əməkdar artist günahkarı tapdı

Koronavirusa yoluxan Əməkdar artist Lalə Məmmədova ailəsinin vəziyyətindən danışıb. SİA-nın məlumatına görə, ifaçı bu sözləri qeyd edib: "Nigarançılığınıza səbəb olduğum üçün hamınızdan üzr istəyirəm. Zəng edib soruşan, yazan, dua edən hər kəs sağ olsun. Virus ailəmizdən yan keçmədi. Bir ailənin kiçiyindən tutmuş böyüyünədək hamısının xəstələndiyini gözünüzün qabağına gətirsəniz səhnə sizə bəlli olacaq.

7 yaşlı kiçik qızım belə iybilmə, dadbilməni itirib. Qorunun, yaşlıları qoruyun... Hər gün haldan hala düşən valideynlərimi görmək bilsəniz nə qədər ağrılıdır. Ağrılı və vicdan əzablı... Bu gün xəstəxananın əməkdaşı məndən xəstəliyin yoluxma səbəbini və ilkin şəxsin kim olduğunu soruşanda, ürək ağrısı ilə "mənəm" dedim.

Ancaq son yoluxma ehtimal olunan məkan - telekanallarımızın adını demədim. Günahı kiminsə üstünə yıxmaq mənlik deyil. "Efirimizə niyə gəlmirsiniz?" deyib, giley-güzar edən televiziya işçiləri, dostlarım, siz maska geyinsəniz də, biz maska taxıb çıxıb efirdə oxumuruq. Bu halda biz sənətçilərin yoluxma riski daha çoxdur. İnşallah, her şey yoluna düşər və biz yenə efirlərdə görünərik. Diqqətli olun... Bir adamın yoluxması 1 ailənin yoluxmasına səbəb olur".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...