Xalq artisti koronavirusa yoluxmamaq üçün evdən çölə çıxmır

Xalq artisti Məleykə Əsədova Covid-19 virusundan qorunma sirlərini açıqlayıb. SİA-nın məlumatına görə, aktrisa evdən çölə çıxmadığını etiraf edib: "İşim yoxdursa, bütün günü evdə oluram, şeirlər hazırlayıram. Qızımla birlikdə ev işləri ilə məşğul oluruq. Çox vacib işim yoxdursa, evdən çıxmıram. Bütün günü çoxlu meyvə və tərəvəz yeyirəm, bol-bol su içirəm. Ən əsası isə limon, zəncəfil, cəfəri ilə detoks edib içirəm. Bir də bal, zəncəfil və limon qarışığından səhər duran kimi 2 xörək qaşığı yeyirəm.

Çalışaq özümüzü və doğmalarımızı qoruyaq. Maskasız və spirtsiz olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...