Natəvan Həbibi haralardadır?

Azərbaycanın tanınmış müğənnisi, sevilən ifaçı Natəvan Həbibi son zamanlar daha az-az görünür. Müğənni yerli mətbuata müsahibə verməkdən imtina edir. Müğənnidən dəfələrlə bunun səbəbini aydınlaşdırmaq istəsək də o, tutarlı bir söz demədi.

Təşkil olunan tədbirlərin birində SİA-ya açıqlama verən müğənni artıq restoranlarda təşkil olunan şou-proqramlara qatılmaq istəmədiyini dilə gətirib. O, hətta gələcəkdə belə mərasimlərdən birdəfəlik imtina etməyi də düşünür: "Mən artıq şou-proqramlarda, toylarda, banket və ad günlərində iştirak etmirəm. Efirdə də nadir hallarda görünürəm. Amma etiraf etməliyəm ki, qazancım məhz şou-proqramlardandır".
Ailəsini özünün saxladığını qeyd edən müğənni deyib: "Odur ki, necə deyərlər, insan gərək su içdiyi quyuya tüpürməsin. Sadəcə, bir müddət taym-aut götürmək qərarına gəlmişəm. İndi mənim üçün dincəlmək çox vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə