İlahə Fəda: "Alnımdakı qaçqın, namus damğası götürüldü"

Müğənni İlahə Fəda verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, əslən Laçından olan sənətçi sözlərini belə davam edib: "Sevinməməyə haqqım yoxdur. Çünki alnımdakı qaçqın, namus damğası götürüldü. Şəhid olan oğlanlarımıza Allah rəhmət etsin. Onlar cənnətdədirlər. Belə gözəl günləri bizə yaşadan Ali Baş Komandana Allah ömür versin.

30 il həsrət çəkdik. Ermənilər 4-5 ilə torpaqlarımızı işğal etdilər. Biz isə 44 günə onları azad etdik".

Bütün xəbərlər Facebook səhifəmizdə