Xatirə gileyləndi: "Ürəyim partlayır, infarkt ola bilərəm"

Müğənni Xatirə İslam gileylənib. SİA-nın məlumatına görə, sənətçi bəzilərinə əsəbləşdiyini də gizlətməyib: "Ürəyim bəzi şeylərə görə partlayır. Lakin evdən danışmağa icazə vermirlər. Deyirlər nəyinə lazımdır, qarışma. Amma danışmasam oturduğum yerdə infarkt ola bilərəm. Bəlkə bir veriliş açım. Sonra da evdə və yaxınlarımdan mənə danışmağa imkan verməyən dostlarıma deyim ki, mənlik deyil. Mövzunu rəhbərlik belə tapşırdı".

Bütün xəbərlər Facebook səhifəmizdə