Terminatorun 10 illik sirri- Xəyanət!

Terminatorun 10 illik sirri- Xəyanət!

Terminatorun 10 illik sirri ortaya çıxıb. SİA-nın məlumatına görə, "Terminator" filminin baş rol oyunçusu, məhşur kino ulduzu, köhnə Kaliforniya qubernatoru Arnold Şvarzeneqerin evində işləyən bir qadından 10 yaşında uşağı olduğu bildirilib. Bu xəbəri eşidən həyat yoldaşı Maria Şriver Şvarzeneqerdən boşanmağa qərar verib.

Məlumata görə, Şvarzeneqer dünən qubernatorluq vəzifəsinin sona çatmasından sonra həqiqətləri həyat yoldaşına yazılı məktubla etiraf edib. Məktubda uzun illər gizlədilən həqiqəti etiraf edən köhnə qubernator günahkar olduğunu boynuna alıb: \"Qeyri-rəsmi münasibət nəticəsində bir uşağım dünyaya gəlib. Bunun ağır nəticələri olacağını bilsəm də, bu məsələdə deyiləcək heç bir səbəbim, gətiriləcək hansısa bəhanəm yoxdu. Ayrılığın bütün məsuliyyəti mənim üzərimdədir və mən bunu qəbul edirəm\".

Mövzu ilə bağlı film ulduzunun köməkçisinə şifahi və yazılı formada suallar ünvanlandırılsa da, hələ ki cavab alınmayıb.

Xatırladaq ki, cütlük may ayının 9-da verdikləri ortaq açıqlama zamanı 25 illik evliliyin sonunda ayrılma qərarı verdiklərini demişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə