Manaf Ağayev və ailəsi koronavirusa yoluxub

Müğənni Manaf Ağayev və ailəsi koronavirusa yoluxub. SİA-nın məlumatına görə, bu haqda Əməkdar artist Aybəniz Haşımova məlumat verib: "Əziz və çox vəfalı, dəyərli qardaşım Manaf Ağayev ailəsi ilə birgə koronavirusa yoluxub.

Bu xəbəri gec bildiyim və yanınızda ola bilmədiyim üçün çox utandım. Çünki Manaf bəy hər zaman hər günümdə bir telefon zəngi qədər yanımda olub. Mənə əsl qardaş olub. Dağ kimi söykənə biləcəyim qədər mənə güvən verib. Mərd insan, heç vaxt xəstələnməyin. Sizi çox sevirəm. Allah sizi qorusun. Tanrı sizə və ailənizə can sağlığı versin".

Bütün xəbərlər Facebook səhifəmizdə