Günay vətənpərvər klip çəkdirən həmkarlarını tənqid etdi: "Biabırçılıqdır"

Müğənni Günay İbrahimli verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, əslən Füzulidən olan ifaçı yurdunun işğaldan azad edilməsindən söz açıb: "Tək Füzuli yox, bütün Qarabağı gəzəcəm. Füzulidənəm, amma Şuşanı görməyi çox istəyirəm. İki ay ərzində demək olar ki, yatmamışam. Gözümə yuxu getmirdi, hər an "Tvitt" gözləyirdim".

Günay onu da bildirib ki, evlərinə qayıdanda dostlarına qonaqlıq verəcək: "O qədər qonaqlıq söz verdiyim dostlar var ki... Sayını da itirmişəm. Təki hamı qonaqlıq istəsin. Atam da, anam da Füzulidəndir. Oranın azad edildiyi açıqlananda anam deyir, evin sənədləri durur. Deyirəm, vəhşi ermənilər oranı nə günə qoyublar, hələ gözlə. Ora düzəngahlıqdır, amma anam deyir taparam".

Sənətçi vətənpərvərlik mövzusunda klip çəkdirən həmkarlarını da tənqid edib:
"Gözəl işlər ortaya qoydular. Amma çox pis formada təqdim edilən də oldu. Sakit dayansaydılar, elə bərbad iş təqdim etməsəydilər, daha yaxşı olardı. Heç gözəl görünmürdülər, biabırçılıq idi".

Bütün xəbərlər Facebook səhifəmizdə